G7-nin növbəti sammiti 2026-cı ildə Fransanın Evian şəhərində keçiriləcək


G7-nin növbəti sammiti 2026-cı ildə Fransanın Evian şəhərində keçiriləcək.



AFN.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron X (keçmiş Twitter) hesabında məlumat paylaşıb.



O, qısa video paylaşaraq bildirib: “2019-cu ildə Fransanın Biarritz şəhərində keçirilən sammitdən sonra 2026-cı ildə Evian”.



Evian Fransada Cenevrə gölünün cənub sahilində yerləşən kurort şəhəridir və burada 10 minə yaxın insan yaşayır.



Hazırda Yeddilik QrupununBöyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, FransaYaponiya – sammiti Kanadanın Alberta əyalətindəki Kananaskis kurort zonasında keçirilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu