Azərbaycanda Avropa Siyasi Birliyinin sammiti keçiriləcək


2028-ci ildə Azərbaycanda Avropa Siyasi Birliyinin sammiti keçiriləcək.



Məlumatı Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta “X” hesabında paylaşıb.



O bildirib ki, Tiranada keçirilən uğurlu sammitdən sonra Avropa Siyasi Birliyi cari ilin oktyabrında Kopenhagendə yenidən toplanacaq.



Antonio Koşta əlavə edib ki, sammitlər eyni zamanda 2026-cı ildə Ermənistan və İrlandiyada, 2027-ci ildə İsveçrə və Yunanıstanda, 2028-ci ildə isə Azərbaycan və Latviyada keçiriləcək.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu