Antonio Kosta Avropa Şurasının yeni prezidenti oldu


Aİ liderləri Antonio Kostanı Aİ Şurasının yeni prezidenti seçiblər. Liderlər Aİ Komissiyasının sədri fon der Leyenin öz vəzifəsini, Kaja Kallasın isə Aİ-nin ali nümayəndəsi postunu saxlamasını təklif ediblər.



Belçikanın paytaxtı Brüsseldə Birlik ölkələrinin dövlət və ya hökumət başçılarının iştirakı ilə keçirilən Aİ Liderlər Zirvəsində 6-9 iyun tarixlərində AP seçkilərinin ardınca qarşıdakı 5 ildə Aİ-ni idarə edəcək adlar müəyyənləşib.

Avropa Şurasının sədri Çarlz Mişel sosial media hesabından verdiyi açıqlamada Ursula fon der Leyenin daha 5 il müddətinə Aİ Komissiyasının sədri vəzifəsini davam etdirməsinin tövsiyə edildiyini açıqlayıb.

Mişel bildirib ki, Portuqaliyanın keçmiş baş naziri Antonio Kosta Aİ Şurasının sədri seçilib, Estoniyanın baş naziri Kaja Kallas isə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi vəzifəsinə tövsiyə olunub.

Qeyd edək ki, Kostadan başqa digər adlar öz vəzifələrini yerinə yetirmək üçün iyulun 16-da AP Baş Assambleyasından etimad səsi almalıdırlar.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu