İsrail ordusu Qəzzada iki HƏMAS komandirinin məhv edildiyini açıqladı


İsrail Müdafiə Ordusu Qəzza zolağında həyata keçirilən hava zərbələri nəticəsində radikal HƏMAS hərəkatının iki silahlı batalyon komandirinin zərərsizləşdirildiyini bəyan edib.

AFN.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, Qəzza zolağının şimal hissəsinə endirilən nöqtə zərbələri zamanı HƏMAS-ın "Nuseyrat" və "Cəbəliyə" batalyonlarının dəstə komandirləri öldürülüb. Ordu rəsmiləri əməliyyatdan öncə mülki əhali arasında tələfatın minimuma endirilməsi üçün zəruri təhlükəsizlik tədbirlərinin görüldüyünü qeyd ediblər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu