Fidan: Türkiyə Ukrayna münaqişəsinin həlli üçün hər şeyə hazırdır
Türkiyə Ukrayna münaqişəsinin sülh yolu ilə tənzimlənməsində vasitəçi qismində çıxış etməyə və ya tərəflər arasında danışıqlar üçün platforma təqdim etməyə tam hazırdır.
AFN.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi görüşdə bəyan edib.
"Bir daha qeyd etmək istəyirəm ki, ölkəmiz bu müharibənin başa çatması üçün əlindən gələni etməyə, o cümlədən vasitəçilik rolunu öz üzərinə götürməyə və ya bunun üçün müvafiq meydança təmin etməyə hazırdır. Çünki mövcud qeyri-sabitlik və eskalasiya müharibənin daha da genişlənməsinə səbəb ola bilər, ona görə də prosesi dayandırmaq üçün bütün addımlar atılmalıdır", – deyə Fidan vurğulayıb.
