Fidan: Türkiyə Ukraynanın infrastrukturunun bərpasında iştiraka hazırdır


Ukraynadakı münaqişə Avropa iqtisadiyyatına son dərəcə mənfi təsir göstərir və onun tezliklə həlli nəticələrin, o cümlədən enerji sektorunda yumşaldılmasına kömək edəcək.

AFN.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib. Onun sözlərinə görə, təkcə münaqişə tərəfləri deyil, həm də Avropa və qlobal iqtisadiyyatlar, o cümlədən Türkiyə iqtisadiyyatı enerji sektorunda ciddi təsirlərə məruz qalıb.

“Bu uzun sürən müharibədə Ukraynanın infrastrukturu, o cümlədən enerji sektoru məhv edilib. Türkiyə onu bərpa etmək üçün əlindən gələni etməyə hazırdır”, – deyə Hakan Fidan almaniyalı həmkarı Yohann Vayl ilə Ankarada keçirdiyi görüşdən sonra mediaya açıqlamasında qeyd edib.

Türkiyəli nazirin sözlərinə görə, o, Almaniyanın xarici işlər naziri ilə Ukraynada nizamlanma perspektivlərini, xüsusilə atəşkəsin təmin edilməsini müzakirə edib. “Biz Ukraynada davam edən müharibəni, mümkün atəşkəsin tətbiqi məsələlərini müzakirə etdik və “istəklilər koalisiyasının” işini nəzərdən keçirdik. Ukraynanın ərazi bütövlüyünün qorunması, müharibənin mümkün qədər tez bitməsi və onun Avropaya yayılmasının qarşısının alınması böyük əhəmiyyət kəsb edir”, – deyə nazir vurğulayıb.

O, həmçinin Türkiyənin Ukrayna münaqişəsinin həlli üçün vasitəçilik səylərini davam etdirməyə hazır olduğunu bildirib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu