Hakan Fidan: Ukraynada münaqişə dönüş nöqtəsinə yaxınlaşır

Türkiyənin xarici işlər naziri Hakan Fidan hesab edir ki, Ukraynadakı münaqişə dönüş nöqtəsinə yaxınlaşır.
AFN.az xəbər verir ki, o, bu barədə Aİ diplomatik xidmətinin rəhbəri Kaja Kallas ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib. Qeyd edib ki, Ankara bu istiqamətdə bütün səyləri dəstəkləməyə hazırdır.
“Ukraynada dörd ilə yaxındır davam edən müharibənin indi dönüş nöqtəsinə yaxınlaşdığını görürük. Bu kontekstdə biz diplomatiyanın daimi və ədalətli həll üçün yeganə variant olduğuna inanırıq. Müharibəyə ən qısa zamanda son qoymaq məqsədi ilə danışıqlar prosesinin canlandırılmasına yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazırıq”, - deyə Fidan bildirib.