Hakan Fidan: Livanda atəşkəs Yaxın Şərqdə nizamlanma üçün kifayət deyil


Türkiyənin xarici işlər naziri Hakan Fidan Livandakı atəşkəs razılaşmalarının Yaxın Şərqdəki münaqişənin tam həlli üçün kifayət etmədiyini bildirib.


AFN.az xəbər verir ki, o, bu barədə İstanbulda media nümayəndələri ilə görüşdə bildirib.

"İsrailin təcavüzü Livanda böhrana gətirib çıxarıb. Bu gün Livanda qüvvədə olan atəşkəs razılaşmalarının olmasına baxmayaraq, biz orada humanitar böhranla üzləşmişik, bunun nəticəsində bir milyondan çox insan öz yaşayış məntəqələrini tərk etmək məcburiyyətində qalıb. Livanda yaradılmış atəşkəs özlüyündə bölgəmizdəki yanğını söndürməyə kifayət etmir. Fələstində axan qan dayanmasa, bölgədə sülh və əmin-amanlıq olmayacaq" - deyə Hakan Fidan qeyd edib.

O, Türkiyənin Yaxın Şərq nizamlanması üçün bütün mövcud səyləri aktiv şəkildə dəstəklədiyinə işarə edib. "Yaxın Şərqdə daimi sülh iki dövlətli həll tələb edir. Fələstinlilər öz vətənlərində vətəndaşsız, torpaqsız qala bilməzlər. Bu tarixi ədalətsizlik aradan qaldırılmadıqca Fələstin məsələsinin ədalətli və yekun həllinə nail olmaq mümkün olmayacaq", - deyə türkiyəli nazir əlavə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu