UNRWA Livanda səhiyyə xidmətlərini bərpa etmək qərarına gəlib


Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) İsraillə atəşkəsdən sonra Livandakı mərkəzlərində səhiyyə xidmətləri göstərməyə davam edəcəyini açıqlayıb.


UNRWA-dan bununla bağlı verilən yazılı açıqlamada bildirilib ki, agentlik atəşkəs razılaşmasından sonra təhlükəsizlik və personalın mövcudluğunun qiymətləndirilməsi əsasında bütün sahələrdə əsas səhiyyə xidmətlərini bərpa etməyi planlaşdırır.

Bəyanatda həmçinin qeyd olunub ki, UNRWA bütün 11 təcili sığınacaqda uşaqlar və böyüklər üçün psixososial dəstək xidmətləri göstərir.

Sentyabr ayında Livanda gərginliyin artması və çətin maliyyə şərtləri ilə əlaqədar UNRWA Livandakı işini azaltmaq qərarına gəlib.

Noyabrın 27-də İsrail və Livan arasında atəşkəs elan edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu