Norveç vəliəhd şahzadəsinin oğlu 4 il həbs cəzasına məhkum edilib



Norveç vəliəhd şahzadəsi Mette-Maritin oğlu Marius Borq Höybi mühakimə olunduğu təcavüz cinayəti işində 4 il müddətinə azadlıqdan məhrum edilib.

AFN.az xəbər verir ki, Norveçin NRK yayım şirkətinin yaydığı məlumata görə, Oslo Rayon Məhkəməsində keçirilən yekun iclasda Höybi 2 təcavüz hadisəsi ilə yanaşı, məişət zorakılığı və bədənə ağır xəsarət yetirmə maddələri üzrə də təqsirli bilinib.

Oslo Rayon Məhkəməsinin çıxardığı qərara əsasən, Norveç vəliəhd şahzadəsi Mette-Maritin oğlu Marius Borq Höybi 4 il müddətinə həbs cəzasına məhkum edilib.

Məhkəmə həmçinin Höybinin 4 qadına ümumilikdə 60 min dollardan çox təzminat ödəməsinə qərar verib və təqsirləndirilən şəxsə qarşı irəli sürülən 4 təcavüz ittihamından 2-si üzrə bəraət aldığını açıqlayıb.

NRK-nin məlumatında prokurorluğun Höybi üçün 7 il 7 ay həbs cəzası istədiyi, müdafiə tərəfinin isə 1 il 6 ay cəza nəzərdə tutduğu qeyd edilib.

Vəkil Petar Sekuliç də mətbuata verdiyi açıqlamada apellyasiya hüququ olan Höybinin sərbəst buraxılmasını tələb edəcəklərini bildirib.

Xatırladaq ki, ABŞ-da yetkinlik yaşına çatmayan qızlara qarşı fahişəlik şəbəkəsi yaratmaq ittihamı ilə mühakimə olunarkən həbsxanada ölü tapılan milyarder Ceffri Epşteynlə əlaqələri üzə çıxan Şahzadə Mette-Maritin səhhətindəki problemlər səbəbindən daha əvvəl Höybinin zaminə buraxılması tələb olunsa da, bu müraciət rədd edilmişdi.

Höybi 2024-cü ildə təcavüz ittihamı ilə iki dəfə saxlanılsa da, özünə qarşı irəli sürülən bu ittihamları rədd etmişdi.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu