Tramp: İranın ballistik raketlərə sahib olması məni narahat etmir



ABŞ Prezidenti Donald Tramp Paris hava limanında jurnalistlərin gündəmlə bağlı suallarını cavablandırıb.

AFN.az xəbər verir ki, Tramp regionun digər ölkələrində ballistik raketlər olduğu halda, yalnız İrana yox deməyin ədalətli olmayacağını diqqətə çatdırıb.

O, ballistik raketlərin nüvə silahı ilə eyni şey olmadığını, Səudiyyə Ərəbistanı və Qətər kimi ölkələr bu növ raketlərə sahibdirsə, nisbi mütənasiblik çərçivəsində bunun İran üçün də problem yaratmayacağını söyləyib.

ABŞ ilə İran arasındakı razılaşma mətninin tam olaraq nə vaxt imzalanacağı ilə bağlı suala cavab verən Tramp son detallar üzərində işlənildiyini və bunun təxminən 48 saat çəkə biləcəyini, lakin hələlik tam dəqiqləşmədiyini qeyd edib.

ABŞ ordusunun Yaxın Şərqdə daha nə qədər qalacağı barədə dəqiq danışmaqdan yayınan Prezident bir müddət gözləyib prosesin necə inkişaf edəcəyinə baxmağın lazım olduğunu, hər şeyin yaxşı gedəcəyinə inandığını, lakin bunu zamanın göstərəcəyini əlavə edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu