NATO çəkindirmə gücünü artırmaq üçün nüvə potensialını modernləşdirəcək


NATO nüvə qüvvələrini modernləşdirmək və nüvə silahından "müştərək istifadə" praktikasını genişləndirmək yolu ilə öz hərbi gücünü artıracaq.

AFN.az xəbər verir ki, bu barədə NATO-nun müdafiə nazirləri səviyyəsində keçirilən Nüvə Planlaşdırılması Qrupunun iclasında qəbul olunmuş bəyanatda deyilir.

"Müdafiə nazirləri nüvə potensialını modernləşdirməklə NATO-nun nüvə çəkindirmə vasitələrini gücləndirməyə davam etmək barədə razılığa gəliblər", – deyə sənəddə qeyd olunur. Bildirilir ki, blok "müştərək istifadə" praktikasından fəal şəkildə yararlanmaq niyyətindədir. Bu praktika nüvə silahına sahib olmayan NATO üzvlərinə potensial nüvə daşıyıcılarının (məsələn, F-16 və F-35 təyyarələri) verilməsini və onların tətbiqi üzrə təlimlərin keçirilməsini nəzərdə tutur. Məqsəd mümkün münaqişə zamanı rəqibin real nüvə daşıyıcılarını müəyyən etməsini çətinləşdirməkdir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu