İran və ABŞ iyunun 19-da İsveçrədə danışıqlar aparacaq


ABŞ və İran iyunun 19-da İsveçrənin Bürgenştok şəhərində əldə olunmuş sülh razılaşmasının icrasına dair ilkin danışıqlar keçirəcək.

AFN.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi İsveçrə Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

"Hazırkı plana əsasən, ABŞ və İran, həmçinin Pakistan, Qətər və prosesdə iştirak edən digər vasitəçi ölkələr razılaşmanın icrası üzrə ilkin danışıqlar aparmaq üçün sabah Bürgenştokda bir araya gələcəklər. Görüşün qrafiki və təfərrüatları barədə hələlik əlavə məlumat yoxdur", – deyə nazirliyin bəyanatında bildirilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu