Rusiya: Ukrayna Zaporojye AES-in nəqliyyat binasını vurdu



Rusiyanın nəzarətindəki Zaporojye Atom Elektrik Stansiyasının (AES) nəqliyyat binasının Ukrayna ordusunun pilotsuz uçuş aparatları (PUA) ilə törətdiyi hücumlarda zərər gördüyü bildirildi.

AFN.az xəbər verir ki, Zaporojye AES-in sosial media hesabından verilən açıqlamada Ukraynanın stansiyadakı nəqliyyat bölməsinə qarşı azı 14 PUA ilə hücum təşkil etdiyi qeyd olunub.

Hücumlardan birinin nəqliyyat binasındakı qaraj hissəsində yanğına səbəb olduğu, qaraj və texniki qulluq sahəsindəki binalara da ziyan dəydiyi barədə məlumat verilib.

Açıqlamada davam edən hücum təhlükəsi və yoxlamalarla bağlı məhdudiyyətlər səbəbindən dəymiş ziyanın miqyasının hələlik tam olaraq müəyyən edilə bilmədiyi ifadə edilib.

Rusiyanın verdiyi məlumata görə, hücumlar zamanı ölən və ya yaralanan olmayıb, həmçinin stansiya personalının obyektin təhlükəsiz və sabit fəaliyyətini davam etdirmək üçün zəruri tədbirlər gördüyü qeyd edilib.

Zaporojye AES Avropanın ən böyük atom elektrik stansiyası hesab olunur və Rusiya ordusu Ukraynadakı müharibənin başlamasından sonra, 2022-ci ilin martında stansiyanın nəzarətini ələ keçirib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu