"Skal Baku" və AST Turizmə Dəstək Assosiasiyası Antalya Beynəlxalq Zirvəsində təmsil olunub


15-18 iyun tarixlərində Türkiyənin Antalya şəhərində "Global Phoenix Summit" (Zirvədəki Ankalar) beynəlxalq biznes və əməkdaşlıq platforması keçirilib.

AFN.az xəbər verir ki, tədbirdə Azərbaycanı "Skal Baku" klubunun prezidenti Ceyhun Aşurov, "Caspi Med Life" sağlamlıq turizm şirkətinin direktoru Anar Məmmədov, Sahibkar Qadinlar İctimai Birliyinin sədri Zemfira Agayeva və bir neçə xanım sahibkar təmsil edib. Ceyhun Aşurov eyni zamanda Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının (AHTTSA) təmsilçisi kimi də ölkəmizin sağlamlıq və termal turizm potensialının beynəlxalq arenada tanıdılması istiqamətində bir sıra görüşlər keçirib.

Zirvə çərçivəsində müxtəlif ölkələrdən olan sahibkarlar, turizm mütəxəssisləri və investorlarla keçirilən B2B görüşlər zamanı Azərbaycanın turizm imkanları, sağlamlıq və termal turizm məhsulları, Naftalanın müalicəvi turizm potensialı, MICE turizmi və qonaqpərvərlik sektorunda əməkdaşlıq perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.

Ceyhun Aşurov tədbirdə çıxış edərək bildirib ki, "Skal International" beynəlxalq turizm peşəkarları təşkilatının “Dostlar arasında biznes” prinsipinə hər zaman əməl edirlər: "Beynəlxalq platformalarda Azərbaycanı təmsil etmək böyük məsuliyyət və qürurdur. "Global Phoenix Summit" yeni tərəfdaşlıqların qurulması, təcrübə mübadiləsi və ölkəmizin turizm potensialının tanıdılması baxımından mühüm imkanlar yaradır. Xüsusilə sağlamlıq və termal turizm sahəsində Azərbaycanın, o cümlədən min bir dərdin dərmanı olan Naftalan neftinin və burada yaradılmış yüksək standartlı infrastrukturun beynəlxalq bazarda daha geniş tanıdılması üçün bu cür tədbirlər xüsusi əhəmiyyət daşıyır. "Skal Baku" klubu olaraq, turizm vasitəsilə dostluq və əməkdaşlığın inkişafına töhfə verməyə davam edəcəyik".

Qeyd edək ki, "Global Phoenix Summit" müxtəlif ölkələrdən iş adamlarını, investorları və sektor nümayəndələrini bir araya gətirərək beynəlxalq əməkdaşlıq və biznes əlaqələrinin genişləndirilməsinə xidmət edən nüfuzlu platformalardan biridir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu