Stiv Vitkoff İranla mümkün danışıqlar üçün İsveçrəyə gedib



ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun İranla mümkün danışıqlar aparmaq məqsədilə İsveçrəyə getdiyi bildirilib.

AFN.az xəbər verir ki, Amerikanın "Axios" xəbər platformasının yaydığı məlumata görə, adı açıqlanmayan amerikalı rəsmi Vitkoffun İranla potensial saziş üzrə ilk mərhələ danışıqlarının keçirilməsi gözlənilən İsveçrəyə doğru yola düşdüyünü iddia edib.

Həmin rəsmi şəxs Trampın kürəkəni Cared Kuşnerin artıq İsveçrədə olduğunu irəli sürərkən, adı çəkilməyən digər bir mənbə isə İranın xarici işlər naziri Abbas Əraqçinin bu gün İsveçrəyə getməyi planlaşdırdığını, lakin bu planın dəyişə biləcəyini qeyd edib.

Mövzu ilə bağlı vasitəçilik edən ölkələrdən birindəki mənbə də Əraqçinin bəzi həmkarlarına Livandakı atəşkəsin İran üçün həyati bir məsələ olduğunu və bunun ABŞ-İran danışıqları baxımından həlledici xarakter daşıdığını söylədiyini iddia edib.

İkinci bir mənbə isə İran tərəfinin İsveçrəyə getməzdən əvvəl atəşkəs şərtlərinə tam əməl olunmasını tələb etdiklərini xüsusilə vurğuladıqlarını önə sürüb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu