Böyük Britaniyanın baş naziri istefa verib
Böyük Britaniyanın baş naziri Keyr Starmer vəzifəsindən istefa verdiyini bəyan edib.
AFN.az xəbər verir ki, o, bu barədə Dauninq-stritdəki rəsmi iqamətgahı qarşısında çıxışı zamanı məlumat verib. "Mən Leyboristlər Partiyasının lideri postundan istefa verəcəyəm", – deyə hökumət başçısı bildirib.
Məlumata görə, leyboristlərdən olan yüzə yaxın deputat may ayında keçirilən yerli seçkilərdə partiyanın uğursuzluğundan sonra Starmeri bu qərarı qəbul etməyə çağırıb. Ötən cümə günü isə Starmerin əsas rəqibi, Mançesterin meri Endi Bernhemin baş naziri postundan kənarlaşdırmaq cəhdləri çərçivəsində parlamentə seçilməsindən sonra istefa tələb edən deputatların sayı daha da artıb.

