Sunak Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının liderliyini tərk edir


Böyük Britaniyanın baş naziri Rişi Sunak torilərin parlament seçkilərində məğlub olmasından sonra Mühafizəkarlar Partiyasının lideri vəzifəsindən istefa verəcəyini bildirib.


AFN.az xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.

"Bu məğlubiyyətin nəticəsi olaraq, mən partiyanın lideriliyindən istefa verəcəm, lakin dərhal yox, mənim varisimin seçilməsi ilə bağlı rəsmi prosedurlar başa çatdıqdan sonra. 14 illik hakimiyyətdən sonra Mühafizəkarlar Partiyasının yenidən qurulması vacibdir. Bu partiya müxalifət rolunu effektiv və səmərəli şəkildə yerinə yetirdi".

Bildirilir ki, Sunak yaxın saatlarda Kral III Çarlzla görüşəcək və hökumət başçısı vəzifəsindən istefa verərək baş nazir vəzifəsini Leyboristlər Partiyasının lideri Keir Starmerə verəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu