İran: Livan müharibəsini bitirmək üçün irəliləyiş əldə olunub



İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsi ilə ABŞ arasında Qətər və Pakistanın vasitəçiliyi ilə aparılan danışıqların ilk mərhələsi başa çatdıqdan sonra Livan müharibəsinin dayandırılması istiqamətində mühüm irəliləyişin qeydə alındığını açıqlayıb.

AFN.az xəbər verir ki, Əraqçi "X" sosial media platformasındakı rəsmi hesabı üzərindən ABŞ ilə aparılan bu müzakirələri qiymətləndirib.

Livandakı gərginliyin qarşısını almaq məqsədilə yaradılacaq işçi qrupunun real bir sınaq olacağını bildirən nazir, Pakistan və Qətərin vasitəçiliyi sayəsində Livan müharibəsini sonlandırmaq üçün ciddi addımlar atıldığını diqqətə çatdırıb.

Abbas Əraqçi, həmçinin ölkəsinə qarşı neft ixracı sahəsində tətbiq edilən məhdudiyyətlərin aradan qaldırıldığını, blokadanın başa çatdığını vurğulayıb və bununla yanaşı, İranın dondurulmuş aktivlərinin bir qisminin də sərbəst buraxıldığını ifadə edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu