Messi daha bir rekord qırdı


Argentina yığmasının ön xətt oyunçusu Lionel Messi dünya çempionatları (DÇ) tarixinin ən çox qol vuran futbolçusu ünvanına sahib çıxıb.

AFN.az xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsinin II turu çərçivəsində baş tutan Avstriya ilə qarşılaşmada əfsanəvi ulduz mundiallar çərçivəsində özünün 18-ci qolunu rəqib qapısından keçirib. ABŞ-nin Arlinqton şəhərində yerləşən “AT&T” arenasında təşkil olunmuş matçın 39-cu və 90+5-ci dəqiqələrində dubl edən Messi, cari turnirdəki qollarının sayını 5-ə yüksəldib.

Bu effektivlik sayəsində "tanqoçular"ın kapitanı, dünya çempionatlarında ümumilikdə 16 dəfə fərqlənmiş Almaniya millisinin sabiq forvardı Miroslav Klozeni qabaqlayaraq tarixi rekordu yeniləyib. Cari sıralamanın 3-cü pilləsində isə aktivində 15 qol olan braziliyalı ulduz Ronaldo Nazario qərarlaşıb.

Xatırladaq ki, ABŞ, Meksika və Kanadanın birgə təşkilatçılığı ilə iyunun 11-də start götürən dünya çempionatına iyulun 19-da yekun vurulacaq. Argentina yığması turnirə son dünya çempionu statusu ilə qatılıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu