Messi karyerasında 45-ci kubokunu qazanaraq dünya rekordunu yeniləyib


Argentina millisinin və Amerikanın “İnter Mayami” klubunun hücumçusu Lionel Messi dünya rekordunu yeniləyərək, karyerasında 45-ci kubokunu qazanıb.



Onun komandası Amerika Kubokunun finalında Kolumbiyanı 1:0 hesabı ilə məğlub edərək kuboku qazanıb. Həlledici oyun ABŞ-da "Hard Rock" Stadiumunda baş tutub. Görüşün əsas vaxtı 0:0 hesabı ilə başa çatsa da, əlavə vaxtda “İnter”in italiyalı hücumçusu Lautaro Martinez 112-ci dəqiqədə Argentinaya qələbə qazandırıb.

45-ci kubokunu qazanan Messi ən yaxın izləyicisi braziliyalı Dani Alvesi iki titul qabaqlayıb.

Qeyd edək ki, Dani Alves 2023-cü ildə peşəkar karyerasını başa vurub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu