Niger Beynəlxalq Cinayət Məhkəməsindən çıxır
Niger hakimiyyəti BMT-nin Baş katibi Antonio Quterreşə ölkənin Beynəlxalq Cinayət Məhkəməsindən (BCM) çıxması barədə rəsmi bildiriş təqdim edib.
AFN.az TASS-a istinadən xəbər verir ki, BMT-nin sənədinə əsasən, bu Afrika dövləti sözügedən formatı 2027-ci ilin iyununda tərk edəcək. Niger tərəfinin mövqeyini əsaslandıran məktubda deyilir: "Məhkəmədən çıxmaq qərarı onunla bağlıdır ki, bu yurisdiksiya təyinatı üzrə istifadə olunmayıb və bir alətə çevrilib. Halbuki o, sülh və ədalətə can atan xalqlarda böyük ümidlər oyatmışdı".
BMT Baş katibi Antoniu Quterreş Afrika ölkəsinin bu niyyətini iyunun 18-də qəbul edib. İyunun 22-nə aid sənəddə qeyd olunub ki, Nigerlə bağlı qərar 18 iyun 2027-ci il tarixində qüvvəyə minəcək. Məsələ burasındadır ki, BCM-nin Roma Statutuna görə, hər bir dövlət BMT Baş katibinə bildiriş göndərməklə bu formatdan çıxa bilər. Qərar ise əgər bildirişdə daha gec müddət göstərilməyibsə, belə bir bildirişin alındığı tarixdən bir il sonra qüvvəyə minir.
BMT-nin məlumatına görə, indiyədək 6 ölkə — CAR, Burundi, Qambiya, Filippin, Macarıstan və Niger BCM-dən çıxmaq istəyini bəyan edib. Lakin CAR, Qambiya və Macarıstan hakimiyyət orqanları sonradan öz qərarlarını geri götürdükləri barədə BMT Baş katibini məlumatlandıraraq BCM-də qalıblar.



