Keçmiş məmur Britaniyanın baş nazirliyinə namizəd ola bilər


Böyük Britaniya müdafiə nazirinin keçmiş müavini (2024-2026) Al Karns Keyr Starmerin istefasından sonra hakim Leyboristlər Partiyasının lideri və ölkənin baş naziri postu uğrunda yarışda iştirak edə biləcəyini istisna etməyib.

AFN.az xəbər verir ki, o, bu barədə xarici jurnalistlər üçün təşkil olunmuş brifinqdə bildirib.

"Mən bunu istisna etmirəm", – deyə Karns qeyd edib. Bununla belə, o vurğulayıb ki, hazırda ilk növbədə leyboristlərin yenilənmiş siyasi proqramının hazırlanmasında maraqlıdır ki, partiya maksimum dərəcədə cəsarətli və qətiyyətli olsun.

Xatırladaq ki, iyunun 22-də Keyr Starmer leyboristlərin lideri və Böyük Britaniyanın baş naziri postlarından getmək niyyətində olduğunu bəyan edib. Onun müəyyən etdiyi qaydalara əsasən, iyulun 9-da partiya lideri vəzifəsinə namizədlərin irəli sürülməsi prosesi başlayacaq. Avtomatik olaraq baş nazir postunu tutacaq qalib deputatlar yay tətilindən qayıdana qədər, yəni sentyabrın 1-nə kimi vəzifəsinin icrasına başlamalıdır. Hazırda bu yarışda iştirakını rəsmən elan edən yeganə şəxs Böyük Mançester qraflığının keçmiş meri Endi Börnemdir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu