FİFA Xorvatiyanın vurduğu qolun ləğv edilməsinə aydınlıq gətirib
Beynəlxalq Futbol Federasiyası (FİFA) 2026-cı il dünya çempionatının 1/16 final mərhələsinin Portuqaliya ilə oyununda ikinci hissəyə əlavə olunmuş 13-cü dəqiqədə Xorvatiya millisinin vurduğu qolun ləğv edilməsinə aydınlıq gətirib.
AFN.az xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytında məlumat yerləşdirilib.
FİFA bəyan edib ki, qərar çempionatın rəsmi topu olan "Adidas Trionda"ya daxil edilmiş "ağıllı top" sistemi – "Connected Ball Technology" texnologiyasının məlumatlarına əsasən verilib.
Qeyd olunub ki, topun daxilindəki sensorlar qol epizodundan əvvəl Xorvatiya millisinin oyunçusu İqor Matanoviçin topa toxunduğunu qeydə alıb.
Bu göstəricilər hakimin ofsaydla bağlı qərarının doğruluğunu təsdiqləyib və qolun ləğv edilməsinə imkan yaradıb.
Xatırladaq ki, Xorvatiya millisi dünya çempionatının 1/16 final oyununda Portuqaliya komandasına 1:2 hesabı ilə uduzub.
Matçın 103-cü dəqiqəsində hakim VAR sisteminin köməyi ilə xorvatiyalı futbolçu Yoşko Qvardiolun vurduğu qolu hesaba almayıb.




