Qanada baş verən daşqınlarda həyatını itirənlərin sayı 34-ə yüksəlib



Qanada davam edən şiddətli yağışlar nəticəsində yaranan daşqınlarda həyatını itirənlərin sayı 34-ə çatıb.

AFN.az xəbər verir ki, Qana Milli Fəlakətlərin İdarə Olunması Təşkilatının (NADMO) direktoru Riçard Amo Yartey verdiyi açıqlamada 28 iyundan bu yana yağan güclü yağışlar səbəbindən ölkənin paytaxtı Akkra ilə yanaşı, daha 6 vilayətdə daşqınların meydana gəldiyini bildirib.

Yartey təbii fəlakət nəticəsində dünyasını dəyişənlərin sayının 34-ə yüksəldiyini, çox sayda insanın isə xəsarət aldığını qeyd edib.

Daşqınlardan 10 mindən çox evin təsirləndiyini vurğulayan direktor ölkə üzrə 89736 nəfərin yaşadıqları yerləri tərk etmək məcburiyyətində qaldığını ifadə edib.

Xatırladaq ki, Qanada 28 iyundan bəri aramsız yağan yağışların yaratdığı fəsadlar zamanı bir çox insan itkin düşmüşdü.

Hökumət baş verən fəlakətin ardınca vəba, malyariya və ishal epidemiyalarının yayılma təhlükəsinə qarşı əhaliyə xəbərdarlıq edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu