Nigeriyadakı şiddətli fırtınada 7 nəfər həyatını itirdi



Nigeriyanın Ciqava ştatında tüğyan edən şiddətli fırtınada 7 nəfər ölüb, 53 nəfər xəsarət alıb.

AFN.az xəbər verir ki, Fövqəladə Halların İdarə Olunması Agentliyinin (SEMA) Ciqava üzrə Baş katibi Hannafi Fagam mətbuata verdiyi açıqlamada ştatda güclü yağış və şiddətli fırtınanın təsirli olduğunu bildirib.

Fagam fırtına səbəbindən 7 nəfərin həyatını itirdiyini, 53 nəfərin isə yaralandığını deyib.

Fırtınadan 5403 təsərrüfatın zərər çəkdiyini qeyd edən Fagam minlərlə insanın ev-eşiyindən didərgin düşdüyünü ifadə edib.

Fagam fırtınanın kritik əhəmiyyətə malik ictimai infrastruktura da böyük ziyan vurduğunu, 47 ibtidai və orta məktəbə, 3 xəstəxanaya və 2 polis məntəqəsinə zərər dəydiyini diqqətə çatdırıb.

Hannafi Fagam ştat hökumətinin didərgin düşmüş ailələr üçün ərzaq, müvəqqəti sığınacaqlar, tibbi dəstək və təxirəsalınmaz ehtiyacların qiymətləndirilməsi də daxil olmaqla fəlakətlə mübarizə tədbirlərini işə saldığını bildirib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu