Fridrix Merz Netanyahu ilə telefonla danışıb
Almaniya Kansleri Fridrix Merz İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb.
AFN.az xəbər verir ki, bu barədə jurnalistlərə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Ştefan Kornelius məlumat verib. Liderlər Livan və Fələstin ərazilərindəki mövcud vəziyyəti müzakirə ediblər.
Kansler Merz İordan çayının qərb sahilinin faktiki olaraq qismən ilhaqına (anneksiyasına) aparacaq hər hansı addımların atılmasının yolverilməzliyini vurğulayıb. O, həmçinin ABŞ ilə İran arasındakı çərçivə sazişinin əhəmiyyətini qeyd edərək, bunu regionda sabitliyin təmin olunması üçün ən yaxşı fürsət adlandırıb.
