İlon Mask: Marin Le Pen Fransanın son ümididir


ABŞ-lı milyarder İlon Mask hesab edir ki, 2027-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmək niyyətində olan "Milli Birlik" partiyasının parlament fraksiyasının lideri Marin Le Pen Fransa Respublikasının son ümididir.

AFN.az xəbər verir ki, İlon Mask bu barədə özünün "X" (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.

Milyarderin bu reaksiyası, bir sosial şəbəkə istifadəçisinin Marin Le Penin son dörd ildə reytinqinin sürətlə yüksəlməsinə dair paylaşımına cavab olaraq gəlib. Həmin istifadəçi sorğu məlumatlarına istinadən qeyd edib ki, 2022-ci il prezident seçkiləri ərəfəsində Le Penin reytinqi 23% təşkil edirdisə, cari ildə bu göstərici artıq 36%-ə yüksəlib. Bunun müqabilində Mask qısa şəkildə: "O, Fransanın son ümididir", — deyə şərh yazıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu