ABŞ-ın İrandakı əməliyyatı 100 milyard dollara başa gələ bilər - media


ABŞ-ın İranda həyata keçirdiyi hərbi əməliyyatların xərcləri 80 milyard dollardan 100 milyard dollara qədər yüksələ bilər ki, bu da Pentaqonun rəsmən açıqladığı məbləğdən təxminən üç dəfə çoxdur.

AFN.az xəbər verir ki, bu barədə NBC telekanalı ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) daxili qiymətləndirmələri ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, ABŞ müdafiə nazirinin maliyyə məsələləri üzrə müavini vəzifəsini icra edən Culs Herst iyulun 14-də Senatda keçirilən dinləmələrdə Yaxın Şərqdə zərər çəkmiş hərbi bazaların təmiri nəzərə alınmadan əməliyyat xərclərinin 30 milyard dollar səviyyəsində qiymətləndirildiyini bildirib. Bu məbləğə həmçinin sursat ehtiyatlarının bərpası xərcləri də daxil edilib. Lakin Herst bu rəqəmin bir neçə ay əvvəl hesablandığını və hazırda əlində daha yeni məlumatların olmadığını etiraf edib.

Pentaqonun daxili hesabatlarına əsasən isə dağıdılmış bazaların təmiri, məhv edilmiş təyyarələrin əvəzlənməsi və döyüş sursatı ehtiyatlarının tam bərpası nəzərə alınmaqla real hərbi xərclər 80-100 milyard dollara qədər arta bilər. Mənbələr qeyd edir ki, təkcə ABŞ-ın Bəhreyndəki hərbi obyektlərinin bərpası ölkə büdcəsinə təxminən 1 milyard dollara başa gələ bilər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu