İsrail ordusu Qəzzada HƏMAS-ın anbarlarını vurdu
İsrail ordusu Qəzzada HƏMAS-ın silah anbarlarına zərbələr endirdiyini bəyan edib.
AFN.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, İsrail hərbçiləri ötən gecə Qəzza sektoruna bir sıra zərbələr endiriblər.
Hücumun hədəfi Fələstinin HƏMAS hərəkatı ilə bağlı dörd obyekt olub.
İsrail hərbçilərinin məlumatına görə, hədəf alınan obyektlər silah anbarları olub və orada digər silahlarla yanaşı, Kalaşnikov avtomatları, əl tankəleyhinə qumbaraatanları, qumbaralar, partlayıcı qurğular və digər silah-sursatlar saxlanılıb.
Bəyanatda anbarların İsrail qoşunlarına qarşı "təhlükənin aradan qaldırılması məqsədilə" məhv edildiyi iddia olunur.
