Kanadadakı meşə yanğınlarının tüstüsü ABŞ-nin şimal-şərqinə çatıb



Kanada miqyasında davam edən yüzlərlə meşə yanğınından yüksələn tüstü ABŞ-nin şimal-şərq hissəsinə çatıb və bir çox bölgədə havanın keyfiyyətinə mənfi təsir göstərib.

AFN.az xəbər verir ki, Kanada Təbii Sərvətlər Nazirliyi və İdarələrarası Meşə Yanğınları Mərkəzi (CIFFC) tərəfindən verilən açıqlamada ölkə üzrə 830-dan çox nöqtədə meşə yanğını ilə mübarizə aparıldığı bildirilib.

ABŞ-nin "ABC News" kanalının xəbərində isə Kanadadakı yanğınlardan qaynaqlanan tüstünün Ontario əyaləti üzərindən ABŞ-nin şimal-şərqinə yayıldığı, Nyu-York şəhəri də daxil olmaqla bir çox ərazidə havanın keyfiyyətinin aşağı düşdüyü və görmə məsafəsinin azaldığı qeyd edilib.

Xəbərdə yer alan görüntülərdə Nyu-Yorkda səmanın narıncı tüstü təbəqəsi ilə örtüldüyü anlar əks olunub.

Nyu-York meri Zohran Mamdani "X" sosial şəbəkəsindəki hesabında şəhər miqyasında yayılan tüstü səbəbindən bəzi bölgələrdə havanın keyfiyyətinin qeyri-sağlam səviyyəyə çatdığını vurğulayıb.

Mamdani xüsusilə ürək və ağciyər xəstələrinə, yaşlılara, hamilə qadınlara və uşaqlara ehtiyatlı olmaqla bağlı çağırış edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu