Kanadadakı meşə yanğınları karbon emissiyasına səbəb oldu


ABŞ Aeronavtika və Kosmik Agentliyinin (NASA) Reaktiv Sürət Laboratoriyası keçən il Kanadada baş verən meşə yanğınlarını araşdırıb.



Tədqiqatçı Brendan Birne tərəfindən aparılan araşdırmada 2023-cü ildə Kanadada baş verən meşə yanğınlarında 647 meqaton karbon atıldığı vurğulanıb.

Diqqətə çatdırılıb ki, Kanadada baş verən meşə yanğınları karbon tullantılarına görə dünyada 4-cü yerdə qərarlaşıb, ən çox emissiya edən ölkələri geridə qoyub.

Məlum olub ki, yalnız Hindistan, Çin və ABŞ Kanadadakı meşə yanğınları zamanı atılan karbon miqdarından daha çox karbon buraxır.

Kanadadakı yanğınların 2022-ci il ərzində qalıq yanacaqlardan Rusiya və ya Yaponiyadan daha çox karbon buraxdığı müəyyən edilmişdir.

Birne 2023-cü ildə Kanadada meşələrin təxminən 4 faizini məhv edən yanğınların son illərdə artan isti və quraq hava səbəbiylə meydana gəldiyini və bu yanğınların sayının, şiddətinin və ölçüsünün artacağını ifadə edib.

Araşdırmanın nəticələri “Nature” jurnalında dərc olunub.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu