46 yaşlı qadın qızdırmadan öldü
Ağdaşda 46 yaşlı qadın vəfat edib.
Hadisə rayonun Hapıtlı kəndində qeydə alınıb. 1980-ci il təvəllüdlü Azadə Əliyeva Ağdaş rayon Mərkəzi Xəstəxanasında vəfat edib.
İlkin ehtimala görə, qadının hərarətdən öldüyü bildirilir.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin yerli şöbəsinə yerləşdirilib.
Faktla bağlı Ağdaş rayon Prokurorluğunda araşdırma başlanılıb.


