Salyanda ağır qəza: 3 ölü, 3 yaralı
Salyanda ağır yol-nəqliyyat hadisəsi olub.
AFN.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Stansiya yaşayış massivində, dəmir yol keçidinin yaxınlığında qeydə alınıb.
Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
Xəsarət alanlar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
***
Qəzada ölənlərin sayı üç nəfərə çatıb.




