Tramp bir sıra ölkələrə yeni gömrük rüsumları tətbiq etməyə hazırlaşır


ABŞ Prezidenti Donald Tramp artıq bu həftə ərzində onlarla ölkəyə qarşı yeni idxal rüsumları tətbiq edə bilər.

AFN.az xəbər verir ki, bu barədə "Financial Times" (FT) mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, amerikalı rəsmilər Trampın onlarla ölkədən gətirilən mallara yeni rüsumlar tətbiq etməsinə imkan verən variantlar hazırlayıblar. Çünki prezidentin daha əvvəl tətbiq etdiyi 10 faizlik müvəqqəti rüsumların müddəti bu həftə (24 iyul tarixində) başa çatır. Yeni rüsumların 10-dan 12,5 faizədək təşkil edəcəyi və 60 dövləti əhatə edəcəyi gözlənilir.

Nəşr qeyd edir ki, bu məhdudiyyətlərə həmin ölkələr tərəfindən məcburi əməkdən istifadə olunması ilə bağlı aparılan təhqiqatın nəticələri əsas olacaq. ABŞ tərəfindən 2025-ci ilin martında başlanılmış təhqiqat 1974-cü il Ticarət haqqında Qanunun 301-ci bölməsinə uyğun olaraq həyata keçirilir.

Mənbələrin qəzetə verdiyi məlumata görə, ABŞ liderinin ətrafı onu 2025-ci ildə rüsumların azaldılması ilə bağlı bağlanan sazişlər çərçivəsində ticarət tərəfdaşları ilə sabit əlaqələri saxlamağa çağırır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu