"Windows" əməliyyat sisteminin real ömrü açıqlanıb



"Windows"un hər bir əməliyyat sisteminin müəyyən olunmuş məhdud ömrü var.

AFN.az xəbər verir ki, bu barədə "How-To Geek" nəşri məlumat dərc edib.

Portala istinadən bildirilir ki, "Microsoft"un hər bir əməliyyat sistemi nəsillərə və versiyalara bölünür. Belə ki, "Windows 10" və ya "11" təxminən 10 il dəstəkləndiyi halda, sistemin konkret bir versiyasının ömrü təxminən iki il çəkir.

Mütəxəssislər bu fərqi onunla izah ediblər ki, "Windows" əməliyyat sisteminin nəsli hər biri böyük bir yenilənmə ilə bağlı olan müxtəlif versiyalardan ibarətdir.

Məsələn, "Windows 11 23H2" versiyasının dəstəyi 2025-ci il noyabrın 11-də başa çatdığı halda, "24H2" versiyasının xidmət müddəti 2026-cı il oktyabrın 13-də yekunlaşacaq.

Real xidmət müddəti başa çatdıqdan sonra sistem yenilənmələri almağı dayandırsa da, kompüterdə işləmək yenə də mümkündür, çünki xidmətlər, proqramlar və məlumatlar diskdə saxlanılır.

Müəlliflər qeyd ediblər ki, fərdi istifadəçilər üçün nəzərdə tutulmuş modifikasiyalarda "Microsoft" hər versiyaya təxminən iki illik dəstək müddəti ayırır, korporativ və təhsil lisenziyalarının sahibləri isə üç illik sabit dəstəyə ümid edə bilərlər.

Yekunda jurnalistlər bildiriblər ki, "Windows" versiyasının ömrü başa çatdıqda "Microsoft" özü istifadəçilərə sistemi yeniləməyi təklif edir.

Bir qədər əvvəl isə "The Verge" nəşri 8 giqabayt operativ yaddaşın "Windows 11"in normal işləməsi üçün kifayət etmədiyini yazmışdı və mütəxəssislər 16 giqabaytı baza minimumu adlandırmışdılar.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu