Messi DÇ-2026-dan sonra Argentinaya qayıtmayıb
Argentina milli komandasının hücumçusu Lionel Messi DÇ-2026-dan sonra vətəninə qayıtmayıb.
AFN.az xəbər verir ki, bu barədə "TyC Sports" məlumat yayıb.
Messidən başqa onun komanda yoldaşları Rodriqo de Paul, Enso Fernandes, Lautaro Martines, Xulian Alvares, Xeronimo Rulyi, Nikolas Pas, Kristian Romero, Nauel Molina və Xuan Musso da vətənə dönməyiblər.
Argentina Futbol Assosiasiyasından (AFA) bildiriblər ki, futbolçular öz klublarına qayıdıblar və ya məzuniyyətə yollanıblar.
Argentina paytaxtı Buenos-Ayresə ümumilikdə 16 oyunçu uçub və aeroportda onlar üçün təntənəli qarşılanma mərasimi təşkil olunub.
AFA bazasına gedən yolda azarkeşlər milli komandanı "Bizim üçün onlar çempiondurlar" şüarları ilə alqışlamaqda davam ediblər.
Qeyd edək ki, Dünya çempionatının qalibi İspaniya millisi olub. Matçın əsas vaxtı 0:0 hesabı ilə başa çatıb, ispanların yarımmüdafiəçisi Ferran Torres 106-cı dəqiqədə qələbə qolunu vurub.


