Ukraynada Baş Qərargah rəisi dəyişdi



Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrin Baş komandanı Oleksandr Sırskini vəzifəsindən azad edərək, onun əvəzinə Birləşmiş Qüvvələr komandanı, briqada generalı Mixaylo Drapatını təyin etdiyini bəyan edib. 

AFN.az xəbər verir ki, Zelenski gündəlik videomüraciətində Rusiya-Ukrayna müharibəsi çərçivəsindəki son prosesləri dəyərləndirib.

Ordunun yüksək səviyyəli rəhbərliyi ilə də bir araya gəldiyini bildirən Zelenski Ukrayna Silahlı Qüvvələrinin rəhbərliyində nəzərdə tutulan bəzi dəyişiklikləri müzakirə etdiklərini diqqətə çatdırıb.

Zelenski Oleksandr Sırskinin əvəzinə Ukrayna Ordusunun Birləşmiş Qüvvələr komandanı briqada generalı Mixaylo Drapatının təyin edilməsinə qərar verdiyini açıqlayıb.

Müharibənin əvvəlində paytaxt Kiyevin müdafiəsində, daha sonra Xarkov vilayətində həyata keçirilən əks-hücumda və Ukraynanın Rusiyanın Kursk vilayətinə təşkil etdiyi əməliyyatlarda Sırskinin mühüm rol oynadığını qeyd edən Zelenski göstərdiyi xidmətlərə görə ona təşəkkür edərək bu qərarların rəsmiləşdiriləcəyini bildirib.

Qeyd edək ki, Ukrayna Prezidenti Zelenski iyulun 16-da verdiyi açıqlamada Keçmiş Müdafiə naziri Fedorov ilə Baş komandan Sırski və onun komandası arasında fikir ayrılıqlarının olduğunu demişdi.

Zelenski həmin axşam Fedorovun yerinə müvəqqəti olaraq Ukrayna Təhlükəsizlik Xidmətinin müvəqqəti rəhbəri Yevgeni Xmaranın gətirildiyini bəyan etmişdi.

Kiyev başda olmaqla Odessa, Lvov və ölkənin müxtəlif şəhərlərində iyulun 16-da Fedorova dəstək aksiyaları başlamışdı.

Xatırladaq ki, Oleksandr Sırski Zelenskinin qərarı ilə 8 fevral 2024-cü ildə Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı vəzifəsinə təyin edilmişdi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu