Ukrayna: Kursk vilayətində 74 yaşayış məntəqəsi bizim nəzarətimizdədir


Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Kursk vilayətində 74 yaşayış məntəqəsinin Ukrayna əsgərlərinin nəzarəti altında olduğunu bildirib.



Zelenski açıqlamasında bildirib ki, cəbhə xəttindəki vəziyyətlə bağlı Baş Qərargah rəisi Aleksandr Sirski ilə görüş keçirib.

Ukrayna ordusunun Kursk bölgəsində irəlilədiyini bildirən Zelenski, "Bölgədəki 74 yaşayış məntəqəsi Ukraynanın nəzarətindədir. Bu yerlərdə yoxlamalar aparılır və lazımi tədbirlər görülür. Burada humanitar yardım problemlərinin həlli yolları hazırlanır" deyib.

Baş Qərargah rəisi Sırski Kurskda cəbhə xəttində toqquşmaların davam etdiyinə də diqqət çəkərək, "Son 24 saat ərzində qoşunlarımız müəyyən istiqamətlərdə 1 kilometrdən 3 kilometrə qədər irəliləyib" deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu