“Zirə” bu gün oyuna çıxır
Bu gün “Zirə” Konfrans Liqasının 2-ci təsnifat mərhələsində ilk oyununa çıxacaq.
AFN.az xəbər verir ki, təmsilçimiz Estoniyada “Payde”nin qonağı olacaq.
Görüş saat 20:00-da start götürəcək. Bu komandalar arasındakı cavab oyunu bir həftə sonra Sumqayıtda keçiriləcək.
Konfrans Liqası, 2-ci təsnifat mərhələsi, ilk oyun
23 iyul
20:00. “Payde” (Estoniya) – “Zirə” (Azərbaycan)
Hakimlər: Roman Jitari, Viktor Mardari, Andrey Bodean, Andrey Brequta (Moldova).

