ABŞ-da milyonlarla yumurta salmonella şübhəsi ilə geri çağırıldı



ABŞ Qida və Dərman İdarəsi (FDA) salmonella bakteriyası yoluxma ehtimalı səbəbindən milyonlarla yumurtanın geri çağırıldığını bildirib.

AFN.az xəbər verir ki, FDA-nın yaydığı yazılı bəyanata əsasən, "Midwest Poultry Services" qida şirkəti Texas ştatında istehsalat həyata keçirdiyi iki təsərrüfatda "salmonella enteritidis" bakteriyası aşkar edib.

Bakteriyanın təsbit edilməsindən sonra Texasdakı təsərrüfatlarda istehsal olunan yumurtaların paylanmasını dayandıran şirkət FDA vasitəsilə xəbərdarlıq yayımlayıb.

Şirkət Texasdakı fermalardan 6 iyun - 3 iyul tarixləri arasında satışa çıxarılan təxminən 1,6 milyon dütcinə (təxminən 19 milyon ədəd) ağ və qəhvəyi yumurtanı bakteriya ilə çirklənmə ehtimalına qarşı geri çağırıb.

Yumurtalar Texas, Oklahoma və Luiziana ştatlarındakı alıcılara paylanıb, bunlara əlavə olaraq Arkanzas, Nyu-Meksiko və Missisipi ştatlarındakı satış məntəqələrində də istehlakçılara təqdim edilib, lakin indiyədək hər hansı xəstəlik halı qeydə alınmayıb.

Salmonella infeksiyasının əlamətləri arasında hərarət, diareya, ürəkbulanma, qusma və qarın ağrısı yer alır.

Halların çoxunda simptomlar bir neçə gün ərzində aradan qalxsa da, xüsusilə azyaşlılar və immuniteti zəif olan şəxslər üçün həyati təhlükə yarada bilər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu