ABŞ-da listeriya bakteriyası epidemiyası: 6 nəfər öldü, 25 nəfər xəstəxanaya yerləşdirildi


ABŞ Qida və Dərman İdarəsi (FDA) əvvəlcədən bişirilərək qablaşdırılmış hazır makaron məhsullarından yayılan listeriya bakteriyası səbəbilə 6 nəfərin həyatını itirdiyini, 25 nəfərin isə xəstəxanaya yerləşdirildiyini açıqlayıb.

NBC News-un məlumatına görə, FDA məsələ ilə bağlı yaydığı açıqlamada ölkə üzrə 18 ştatda listeriyaya yoluxma hallarının qeydə alındığını bildirib.

Məlumatda qeyd olunur ki, əvvəlcədən bişirilib qablaşdırılmış makaron məhsullarından listeriya infeksiyası yoluxan 6 nəfər ölüb, 1 qadının isə hamiləliyi pozulub.

FDA-nın məlumatına əsasən, 18 ştatda bakteriyaya yoluxan 27 nəfərdən 25-i xəstəxanaya yerləşdirilib.

Listeriya epidemiyasına səbəb olan həmin hazır makaron məhsulları sağlamlıq riski yaratdığı üçün bazar dövriyyəsindən çıxarılıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu