ABŞ İrana son hücumlarında ölkənin müxtəlif bölgələrini hədəf alıb
ABŞ-nin İrana qarşı son hücumlarında gecə boyunca İsfahan, Yəzd, Luristan, Sistan-Bəlucistan, Hörmüzqan, Fars və Xuzistan əyalətlərindəki müxtəlif nöqtələrin hədəf alındığı bildirilib.
AFN.az xəbər verir ki, İran mediasında yer alan xəbərlərə görə, ABŞ ordusu ölkəyə qarşı hücumlarını gecə saatlarında da davam etdirib.
Hücumlar zamanı İsfahan əyalətinin mərkəzi İsfahan şəhəri, Luristan əyalətinə bağlı Xürrəmabad və Burocerd, Sistan-Bəlucistan əyalətindəki Qonarək, Hörmüzqan əyalətindəki Qeşm adası, Cask və Bəndər-Abbas, Xuzistan əyalətindəki Əndimeşk, Omidiye və Əhvaz, həmçinin Yəzd əyalətindəki Yəzd şəhəri və Fars əyalətinə bağlı Firuzabad hədəf alınıb.
Bəndər-Abbasa təşkil olunan hücumda 2, Xürrəmabad şəhərinə reallaşdırılan pilotsuz uçuş aparatı (PUA) zərbələri nəticəsində də 2 nəfər yaralanıb.
Xuzistan Valiliyi ABŞ-nin Əhvaz şəhərinə hücumu zamanı 4 nəfərin həyatını itirdiyini, 5 nəfərin isə yaralandığını açıqlamışdı.
