ABŞ Ədliyyə Nazirliyi Kaliforniya və Virciniyanı məhkəməyə verib


ABŞ Ədliyyə Nazirliyi silah satışına qoyulan məhdudiyyətlərin konstitusiyaya zidd olduğunu bildirərək Kaliforniya və Virciniya ştatlarının hakimiyyət orqanlarına qarşı iddia qaldırıb.

AFN.az xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb.

Nazirlik Virciniyada avtomatik silahların satışını qadağan edən qanuna, Kaliforniyada isə avtomatik atəş üçün modifikasiya edilə bilən silahların satışını məhdudlaşdıran qaydalara etiraz edir. ABŞ baş prokurorunun əvəzi Todd Blanş silah hüququnun Konstitusiyanın İkinci Düzəlişi ilə qorunduğunu vurğulayıb. Nazirliyin bəyanatında bildirilir ki, bu qadağalar ölkədə geniş yayılan "AR-15" tipli yarımavtomatik tüfənglərin satışını faktiki olaraq qanunsuz edir və vətəndaşların hüquqlarını pozur.

Paralel olaraq, ABŞ Ali Məhkəməsi növbəti sessiyada İkinci Düzəlişin "AR-15" tipli tüfənglərə şamil edilib-edilməməsi məsələsinə baxacaq. Məhkəmə artıq oxşar yerli qadağalarla bağlı iddiaları icraata götürüb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu