Türkiyədə bir sutkada 20-dən çox zəlzələ qeydə alınıb
Türkiyənin müxtəlif bölgələrində bir sutka ərzində 20-dən çox zəlzələ baş verib.
AFN.az Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə (EMSC) istinadən xəbər verir ki, ən güclü yeraltı təkan yerli vaxtla saat 09:31-də ölkənin şərqində qeydə alınıb.
Məlumata görə, zəlzələnin maqnitudası 3,6 olub. Episentri təxminən 371 min nəfər əhalisi olan Van şəhərindən 55 kilometr cənub-qərbdə, Gevaş şəhərindən isə 26 kilometr məsafədə yerləşib. Zəlzələ ocağı 7 kilometr dərinlikdə qeydə alınıb.
Digər zəlzələlərin maqnitudası isə 2,8-i keçməyib.
Hazırda zəlzələlər nəticəsində xəsarət alanlar və ya dağıntılar barədə məlumat yoxdur.



