Ukrayna Marko Bezruçkonu milli yaddaş panteonuna daxil edə bilər
Ukraynada Ukrayna Xalq Respublikası ordusunun generalı Marko Bezruçkonun milli yaddaş panteonuna daxil edilməsi müzakirə olunur.
AFN.az "Wirtualna Polska" nəşrinə istinadən xəbər verir ki, Bezruçko 1920-ci ildə Polşa ordusu ilə birlikdə Kiyevin ələ keçirilməsi əməliyyatında və sovet qoşunlarına qarşı Zamoşç şəhərinin müdafiəsində iştirak edib.
Nəşrin yazdığına görə, Polşada onun adı artıq Varşava və Vrotslavda küçə və yol qovşaqlarına verilib. Ekspertlər hesab edirlər ki, bu addım Varşava ilə Kiyev arasında tarixi məsələlərdə gərginliyin azaldılmasına xidmət edə bilər.
Ukrayna Ali Radası milli yaddaş panteonunun yaradılması üçün hüquqi baza formalaşdıran qanunu qəbul edib. Qanuna əsasən, panteona daxil ediləcək şəxslər parlament tərəfindən xüsusi şuranın tövsiyəsi əsasında müəyyənləşdiriləcək. Siyahının qapalı olmadığı və gələcəkdə yeni tarixi şəxsiyyətlərin də əlavə edilə biləcəyi bildirilir.


