Tramp kriptovalyuta layihələrindən 1 milyard dollardan çox gəlir əldə edib



ABŞ Prezidenti Donald Tramp ötən il kriptovalyuta layihələri hesabına 1 milyard dollardan çox gəlir əldə edib.

AFN.az "CBS News"a istinadən xəbər verir ki, bu barədə dövlət başçısının açıqlanan maliyyə bəyannaməsində qeyd olunub.

Sənədə əsasən, Tramp vəzifəsinin ikinci müddətinə başlamazdan üç gün əvvəl dövriyyəyə buraxılan $TRUMP kriptotokeni üzrə müəllif hüquqları ödənişlərindən 635 milyon dollar qazanıb. O, həmçinin ailəsinin də dəstəklədiyi "World Liberty Financial" şirkətinin token satışından 500 milyon dollardan çox gəlir əldə etdiyini bəyan edib.

Bəyannamədə Trampın "World Liberty Financial""Stablecoin Holdco LLC" şirkətlərindəki paylarının satışından da yüz milyonlarla dollar qazandığı göstərilib.

Tramp jurnalistlərə açıqlamasında şəxsi maliyyəsini özü idarə etmədiyini bildirib. Onun sözlərinə görə, vəsaitlərini müxtəlif aktivlərə yatıran maliyyə fondları idarə edir.

Məlumata görə, kriptovalyutadan əldə olunan gəlirlər Trampın ənənəvi biznesindən qazandığı gəliri xeyli üstələyib. Maliyyə bəyannaməsində həmçinin birinci xanım Melaniya Trampın da NFT satışları və lisenziya müqavilələri hesabına milyonlarla dollar gəlir əldə etdiyi qeyd olunub.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu