VISA 2600 əməkdaşını işdən çıxarmağı planlaşdırır



Qlobal ödəniş sistemləri şirkəti VISA fəaliyyətini daha səmərəli təşkil etmək məqsədilə 2600 əməkdaşını işdən çıxarmağı planlaşdırır.

AFN.az-ın Bloomberg-ə istinadən veridiyi məlumata görə, ixtisarlar şirkətin ümumi işçi qüvvəsinin təxminən 7 faizini əhatə edəcək. İşdən çıxarılmaların əsasən məhsul inkişafıtexnologiya bölmələrində həyata keçiriləcəyi bildirilib.

VISA-nın baş icraçı direktoru Ryan McInerney əməkdaşlara ünvanladığı məktubda "Müştərilərimiz və tərəfdaşlarımız üçün ən doğru addımları atdığımıza və fəaliyyətimizin səmərəliliyini artırmağa fokuslandığımıza inanıram" deyə bildirib.

Şirkətin açıqladığı son məlumata əsasən, ötən ilin sonunda VISA-nın 34100 əməkdaşı olub.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu