Avropa Liqası: "Qarabağ" ÇSKA-ya qarşı


Bu gün Avropa Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulacaq.

Təmsilçimiz "Qarabağ" da mərhələnin cavab matçına çıxacaq.

Qurban Qurbanovun komandası Bolqarıstanda ÇSKA-nın qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Bakıda oynanılan ilk qarşılaşmada komandalar qolsuz heç-heçə edib.

Qeyd edək ki, bu cütün qalibi 3-cü mərhələdə "Şerif” (Moldova) – "Makkabi” (Tel-Əviv, İsrail) cütünün qalibi ilə qarşılaşacaq. "Makkabi" ilk oyunda 5 cavabsız qolla qalib gəlib.

Avropa Liqası
II təsnifat mərhələsi
Cavab oyunu

30 iyul

22.00 ÇSKA (Bolqarıstan) - Qarabağ (Azərbaycan)

Hakimlər: Bran van Den Dries, Mişel Seldrayers, İv De Neve, Kevin Van Damm (Belçika).
VAR: Bert Put (Belçika).
AVAR: Uesli De Kremer (Belçika).
Məkan: Sofiya, Vasili Levski Milli Stadionu.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu