Cənubi Koredə son 122 ilin temperatur rekordu qeydə alınıb
Cənubi Koreni bürüyən güclü isti hava dalğası fonunda ölkənin cənub-şərqində yerləşən Busan şəhərində son 122 ilin ən yüksək temperaturu qeydə alınıb.
AFN.az xəbər verir ki, Yonhap agentliyinin məlumatına görə, Koreya Meteorologiya Administrasiyası (KMA) Busan şəhərində havanın temperaturunun 38,8 dərəcəyə çatdığını açıqlayıb.
Bununla da şəhərdə 2016-cı ildə qeydə alınan və 37,7 dərəcə ilə ən isti gün hesab olunan əvvəlki rekord yenilənib. Beləliklə, 1904-cü ildən etibarən meteoroloji müşahidələrin aparıldığı dövr ərzində Busanda ən yüksək temperatur qeydə alınıb.
Digər tərəfdən, Koreya Meteorologiya Administrasiyası paytaxt Seulun şərq və cənub-qərb bölgələri üçün də yüksək temperaturla bağlı xəbərdarlıq yayıb.


